ADS

Əlfəcin

“1azşeir”in 4 illiyi poeziya bayramına çevrildi

Bakıda keçirilən “Şeir Gecəsi” adlı poeziya axşamı böyük maraqla qarşılanıb və anşlaqla baş tutub

1azşeirsəhifəsinin 4 illiyi münasibətilə təşkil olunan tədbirə 100-ə yaxın dinləyici qatılıb. Hətta ayaqüstə dayanaraq təxminən 3 saat boyunca proqramı izləyən qonaqların olması gecəyə olan marağın açıq göstəricisi idi.

Tədbirin təşkilatçısı və aparıcısı şair Zamir Erkin olub. Gecədə xüsusi qonaq kimi şairlər Günel XəzəlMir Kamil, eləcə də qiraətçi Yeganə Abdullayeva çıxış ediblər. Xüsusi qonaq şairlər Zamir Erkin gecə ərzində öz şeirlərini səsləndiriblər.

Poeziya ilə yanaşı, gecə boyu canlı musiqi ifaları da təqdim olunub. Musiqili hissədə ifaçı Sadiq Dəmirov, pianinoda isə Aslan Məmmədov dinləyicilərə duyğulu anlar yaşadıblar. Gecə boyunca həm şeirlər, həm də mahnılar səsləndirilib.

Proqram çərçivəsində sürpriz ifaçıların çıxışları gecəyə xüsusi rəng qatıb. Tanınmış No Land qrupunun solisti Kamil Hacıyev, eləcə də Azər Cırtdan, Vüsal Rzasoy, Emil Əliyev və Hüseyn Cəfər ifaları ilə gecənin yaddaqalan qonaqları olublar. Bundan başqa, gənc aktyor Həsən Fəttanın qiraəti tədbirin ən maraqlı məqamlarından biri kimi qarşılanıb.

Tədbir yalnız səhnə çıxışları ilə məhdudlaşmayıb. Maraqlı interaktiv bölmələr təşkil olunub, dinləyicilərlə səmimi ünsiyyət qurulub. Zalda əyləşən şairlərə də söz verilib. Dinləyicilər arasında yer alan Rəbiqə, Elmir Həsən, Nigar Arif kimi tanınmış imzaların çıxışları gecənin ümumi ab-havasını daha da zənginləşdirib.

Səmimi və duyğulu atmosferdə keçən “Şeir Gecəsi” xatirə selfisi ilə yekunlaşıb və poeziyasevərlərin yaddaşında uzun müddət qalacaq bir axşam kimi dəyərləndirilib.



Hiç yorum yok