ADS

Əlfəcin

1azseir-in 4 illiyi münasibətilə Şeir Gecəsi keçiriləcək


Azərbaycan poeziyasını sosial mediada geniş oxucu auditoriyasına sevdirən "1azseir" platformasının fəaliyyətə başlamasından 4 il ötür. Bu münasibətlə şeir sevənlər üçün xüsusi bir tədbir — Şeir Gecəsi təşkil olunur.

Tədbir 22 dekabr saat 20:00-da, Bakı şəhərində yerləşən Flora Çay Garden-da baş tutacaq.

Gecənin aparıcıları şair Zamir Erkin və qiraətçi Yeganə Abdullayeva olacaq. Musiqi hissəsində isə gənc ifaçı Sadiq Dəmirov, pianinoda isə musiqiçi Aslan Məmmədov çıxış edəcək. 

Tədbirin xüsusi qonaqları Günel XəzəlMir Kamil olacaq. Onlar oxucular tərəfindən sevilən şeirlərini səsləndirəcəklər.

Şeir Gecəsinin əsas özəlliklərindən biri odur ki, gecə boyunca "1azseirsəhifəsində son illər ərzində ən çox bəyənilən və paylaşılan müəlliflərin şeirləri oxunacaq.

Tədbir interaktiv formatda keçiriləcək. Dinləyicilər arasında yer alan şairlərə də söz veriləcək, tamaşaçılarla birbaşa ünsiyyət qurulacaq, şeir üzərindən maraqlı oyunlar və interaktiv yarışlar təşkil olunacaq. Bu gecədə poeziya təkcə səsləndirilməyəcək, eyni zamanda birlikdə yaşanacaq.

Payızın sonu, qışın əvvəlinə təsadüf edən bu axşam şeirsevərlər üçün əsl görüş məkanı olacaq.

🎟 Biletlər satışdadır və ən yaxın yerlər tükənir: iTicket.az-da

📍 Məkan: Flora

🕗 Tarix və saat: 22 dekabr, 20:00

Şeirə yaxın olan hər kəs bu gecəyə dəvətlidir.

Hiç yorum yok