Yaşıl-yaşıl yarpaqlar
saralacaq - deyirsən.
-İşıq dolu gündüzlər
qaralacaq deyirsən.
-Üfüqlərin çənbəri
daralacaq, - deyirsən.
Olsun!
Olsun, neyləyək.
Olarlar olsun gərək.
Qəfil ölüm olmasın.
Qara zülüm olmasın.
Darısqallığa düşən
fikir, könül olmasın.
1976
Rəsul Rza | "Deyirsən"
Reviewed by
1azseir
on
11/27/2025
Rating:
5
⇧
Hiç yorum yok