ADS

Əlfəcin

Sevinc Yunuslu | "Sən dünyanı danan yerim"

 

Sən ən dərin ağrım,

Səhrada susuzluq yanğım,

Əllərimin qandalı,

Saçlarımın tumarı -

ütülü..


Sən ölüm, sən din və xaliq,

Toruma düşməyən balıq,

Sən yetmədiyim ucalıq

bir türlü..


Sən pəncərə buxarı,

Bulaqların axarı,

Bu dünyadan yuxarı,

xətirli..


Adiliyə qarışsan,

Gözlərimdən yığışsan.

Kirpikləri yağışdan

Çətirli..


Sən dünyanı danan yerim,

Ürəyimdə yanan yerin...

Bahar yeli, xəzan yeli

ətirli..


Burda qərib bir ney inlər,

Telləri dən-dən düyünlər,

Məndən sənə tüm şeirlər

cəmi bircə 

sətirlik..

Hiç yorum yok