Səxavət Sahil | "İztirab duaları - Yeddinci dua"
I
İztirab olan yerdə
həyat axarsız olur.
(Nizamsız düşür axşam,
gecəyə qüssə dolur.)
II
İztirab olan yerdə
tez saralır yarpaqlar.
(Budaqda nar titrəyir,
tökülür ayrılıqlar)
III
İztirab olan yerdə
gen gəzirsən hamıdan.
(Şirin olur yalqızılıq,
hamı çıxır yadından).
IV
İztirab olan yerdə
qürub erkən görünür.
(Ömür üzü aşağı
ilan kimi sürünür.)
V
İztirab olan yerdə
nar kolu bəhrə vermir.
(Qısır qalır arzular
quruyur, pöhrə vermir.)
VI
İztirab olan yerdə
intizar hey uzanır...
(İntihara zər düşür
yenə ölüm qazanır.)
Hiç yorum yok