Sevil Gül Nur | Sonrakı peşmanlıq
Gün gələr, xatirələr düşər bir-bir yadına,
Sonrakı peşmanlığın daha yetməz dadına.
Eşqini zərrə-zərrə bitirmiş bir qadına
Yeni eşq nağılıyla can atmaq mümkün deyil!
Nə xeyri, bundan sonra duyurasan istini?
Yetərincə yeritdin gözlərimə tüstünü.
Nifrətdən qabıq qoymuş ürəyimin üstünü
Nə qədər qaşısan da, qanatmaq mümkün deyil!
Nəfəsim hiss olunar gördüyün hər kölgədə,
Yoxluğum yaxar səni getdiyin hər ölkədə.
Məni yaddan çıxarmaq çətin deyil bəlkə də,
Amma məni unutmaq... Unutmaq mümkün deyil!
Hiç yorum yok