"Bircə yumulub-açılan əllərimdən muğayat ol" - Rəbiqə Nazmiqızı
Atma məni hara gəldi
adamların arasına.
Mən könlümü əllərimdə
Daşıyıram, düşüb sınar.
Üzüm tutulur, doluram,
Bir bulud qəhər oluram.
Əllərinin çətirində
Şehlənib səhər oluram.
Gah bal gölundə üzürəm,
Gah dönüb zəhər oluram.
Heç özum də bilmirəm ki
Niyə birtəhər oluram.
Yığışdır süfrəmin üstdən
Şübhələrin qırığını.
Süz içim ay işığını,
Ver yeyim gün sıyığını.
Bilirsən ki, məndə hava
Tezcə dəyişir, rahat ol.
Bircə yumulub-açılan
Əllərimdən muğayat ol.
Hiç yorum yok