"Xəbərləri yox" (Zərdüşt Şəfi) | Zamir Erkin
* * *
Düşüblər izimə məni gəzirlər,
İzimdə sən varsan, xəbərləri yox...
Vəsiyyət yazmışam, hey oxuyurlar,
Sözümdə sən varsan, xəbərləri yox...
Deyirlər unudub, boş imiş vədi...
Bu da vəfasızmış, sevgisi yalan...
Deyirlər çörəyi dizi üstədi,
Dizimdə sən varsan, xəbərləri yox...
Məni Tanrılar da qarğayıb nədi?
Dualar getdiyi ünvana çatmaz,
Deyirlər, nə desək, gözü üstədi,
Gözümdə sən varsan, xəbərləri yox...
Yoxdu xəbərləri, onlar bilmirlər,
Kor olub gözləri, onlar bilmirlər...
300 il yaşayır, yenə ölmürlər,
Cüzi ömrüm vardı, onu yaşadım,
Cüzimdə sən vardın, xəbərləri yox...
***
26 yaşında qan xərçəngindən dünyasını dəyişən şair Zərdüşt Şəfinin “Xəbərləri yox” şeiri şair Zamir Erkin tərəfindən səsləndirilir.
Bu şeir yarımçıq qalan ömürlərdən, vaxtsız gedən insanlardan və onların yoxluğundan xəbərsiz qalan dünyadan bəhs edir.
Sözün susduğu yerdə hisslər danışır.
📖 Şeir: Zərdüşt Şəfi — “Xəbərləri yox”
🎤 Səsləndirən: Zamir Erkin
🎬 Layihə: Şeir Gecəsi / 1azşeir
Şeiri bəyəndinizsə:
• 👍 Bəyənin
• 🔁 Paylaşın
Hiç yorum yok