Tərlan Əbilovun yeni kitabı çap olundu
“Bir çamadan yol” kitabında şairin son on beş ildə qələmə aldığı şeirlər toplanıb
Seir.az xəbər verir ki, müasir Azərbaycan poeziyasının nümayəndələrindən olan Tərlan Əbilovun “Bir çamadan yol” adlı yeni şeirlər kitabı “Mücrü” nəşriyyatında çap olunub.
Tərlan Əbilovun yaradıcılığında sevgi, insan, cəmiyyət, vətən və zaman mövzuları xüsusi yer tutur. Şair bu mövzulara fərqli poetik baxışla yanaşaraq insanın daxili dünyasını, yaşadığı mühiti və zamanın yaratdığı düşüncələri əsərlərində ifadə edir.
Müəllif yaradıcılığında həm əruz, həm heca, həm də sərbəst vəzndən istifadə edir. Onun poetik axtarışları müxtəlif forma və janrları əhatə edir. Tərlan Əbilov sonet və hayku janrlarında da diqqətçəkən nümunələr yaradıb.
Şairin əsərləri ölkə daxilində müxtəlif ədəbi mətbu orqanlarda, internet portallarında və antologiyalarda dərc olunub. “Bir çamadan yol” kitabı da müəllifin yaradıcılıq axtarışlarını və poetik dünyasını oxucuya təqdim edir.
Kitabı əldə etmək üçün "Instagram"dan bizə yaza bilərsiniz.
Hiç yorum yok