ADS

Əlfəcin

Tərlan Əbilovdan haykular

 


İpdəki köynək

Əl-qolunu tərpədir,

Küləyin hirslə...


***

Dimdiyində çöp

Uçur harasa bir quş,

Cücərir yuva...


***

Milçək deyinir-

Qənd qabının ağzı

Bağlıdır deyə...


***

Pəncərələrin

Pərdəsini çəkirsən,

Gün doğur şəhrə.


***

Su verdim, içdi,

Yanğısı yatdı gülün,

Toxtadı dibçək...


***

Göyə baxıram,

Hara aparmır məni

Bu durduğum yer...


***

Varağın əsli

Gedib ağaca çıxır-

Bir tumurcuqtək...


***

Köhnə divara

Bir ürək şəkli çəkdim,

Çırpındı daşlar.


***

Kim bilir, bəlkə

Şeirdən bir misradır

Düşən qaranlıq...


***

Atlar kişnəyir,

Əlində qılınc ölür

Sonuncu ümid...

Hiç yorum yok