ADS

Əlfəcin

Aynur Haqverdinin ilk kitabı təqdim edildi

 “Çərçivədəki şəkil” “Kölgədən işığa” layihəsi çərçivəsində işıq üzü görüb


Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şair Aynur Haqverdinin “Çərçivədəki şəkil” adlı ilk şeirlər kitabının təqdimatı keçirilib.

Seir.Az xəbər verir ki, sentyabrın 1-də təşkil olunan tədbir Zərif Kölgələr” Yaradıcılıq Klubunun həyata keçirdiyi “Kölgədən işığa” layihəsi çərçivəsində baş tutub. Layihə çərçivəsində nəşr olunan kitab Aynur Haqverdinin oxucularla ilk kitab görüşüdür.

Tədbirdə Aysel Fikrət, Qəşəm Nəcəfzadə, aktyor Kamran M. Yunis, kitabın redaktoru Elvin Polad, Zəhra Əkrəm, Ceyhun Ötkəm və başqa qonaqlar iştirak ediblər.

Görüş zamanı kitabda toplanan şeirlər haqqında müxtəlif fikirlər səsləndirilib. Çıxış edənlər Aynur Haqverdinin poetik düşüncəsi, yaradıcılığının özünəməxsus cəhətləri və müəllifin şeir dünyası barədə danışaraq əsərlər ətrafında müzakirələr aparıblar.

Tədbir çərçivəsində kitabdan seçilmiş şeirlər də səsləndirilib. Sonda iştirakçılar Aynur Haqverdini ilk kitabının nəşri münasibətilə təbrik edib, ona yaradıcılıq yolunda yeni uğurlar arzulayıblar.

Hiç yorum yok