ADS

Əlfəcin

Elsevər Əhliqürbət – Qəzəllər

 

Hәrrac olur gözәllәrin eynindә hәr sözüm,

"Aid deyil sizә" demәyә gәlmәyir üzüm..


Mәn, bir nigarı vәsf edirәm güldəhən deyә,

İsmi cahanə fəxrdi, lazım deyil çözüm.


Qurban kәsir bәşәr Xәlilullahın eşqinә,

Mən hazıram o dilbərə qurban olum özüm.


Odlar diyarıdır bәdәnim, atәşimdi söz,

Yarım verəndə tər nəfəs, ehya olur közüm..


Az etməyib inayətini səhv edəndə mən,

Həp mən də nazu-qəmzələrə razıyam dözüm.


Keyfi nә vaxtı istәsә mən tuti olmuşam,

Çün, şairәm, mәnim nә gecәm var, nә gündüzüm..


Tərk etmə bircә Elsevәri, söylədim ona,

Ki, ondən özgә qeyri gözəl görmәsin gözüm.



***


Dilbər, dizini qoyma yerə qəm qabağında,

Sən aləm ara, gül-danış aləm qabağında.


Dünyayə Xəlif təyin edibdir bizi Allah,

Dünyadə nə aciz deyil Adəm qabağında?!


Ətrafına bax, rəmz tanı, çoxdur işlərə,

Var müşkülünün çarəsi, madəm, qabağında.


Rind əhli günəşdir, elə bil qəm yükü qaradır,

Gör bir necə də نnun əriyir ل ləm qabağında.


Çoxları bu yüknən gömülüb xakə, ey Adəm,

Ardında nə qoydunsa durar həm qabağında.


Təmkini sipər eylə, süqut etmə, əzizim,

Allahın, əl açma, belə nakəm, qabağında.


Qəmlər gömülən qəlbə xiyaban deyən olmaz,

Tutsaq da qərənfil kimi matəm, qabağında



***


Ey lәblәri gül, çarә de, nakәm ölürәm mәn!

Yoxdurmu mәnim dәrdimә mәlhәm?.. ölürәm mәn!


Mәn boş yerә sәndәn bir ilac istәmәzidim,

Lәblәrdi dәva bәnd olana qәm, ölürәm mәn!


Pәrvanә kimi dövrәmi pәrvaz elәyirsәn,

Billah, sitәmindәn әriyәr şәm, ölürәm mәn!


Bәsdir daha, sәbrim tükәnib, üzmә mәni, yar,

Qoy busә dәrim ömrdә bir dәm, ölürәm mәn!


Can üstә olan xәstәyә su vermәmәk olmaz,

İkram elә saqim mәnә bir cәm, ölürәm mәn.


Köksündә Mәsiha kimi ehya nәfәsin var,

Ey dad’i-bidad, hәm dirilib, hәm ölürәm mәn!


Hәrdәn nәzәr et halimә, gör qәmzәlәrindәn,

Can üstә ümidlәr ilә bahәm ölürәm mәn...


Yetsin daha bikәsliyim, ömrün sonudursa,

Zornan öpәcәm mәn sәni, madәm ölürәm mәn...


Gizlәtmә, gözәl, Elsevәri özgә gözündәn,

Onsuz da sәninçün, bilir alәm, ölürәm mәn!

Hiç yorum yok

⇧