ADS

Əlfəcin

"Qəşəng-qəşəng baxmağını sevərdim…" - Elşən Mehdi

 


Olmasaydı yaşıl-yaşıl gözlərin,

Mənə belə baxmağını sevərdim.

Məndən uzaq qalıb, xəbərsiz qalıb

Hövsələdən çıxmağını sevərdim.


Olmasaydı həyat verən ay üzün,

olmasaydı dodağında bal sözün,

olmasaydım sənin doğman, əzizin,

Çətinimdə əllərimi götürüb

Ovucunda sıxmağını sevərdim.


Olmasaydı naz eləyib gəzməyin,

olmasaydı şirin-şirin küsməyin,

Olmasaydı mən axmağa baxanda

O ağıllı gözlərinlə süzməyin,

özüm kimi axmağını sevərdim.


Qəşəng-qəşəng baxmağını sevərdim…

Hiç yorum yok