ADS

Əlfəcin

"Güllə deyil, susmaq öldürür insanları" - Aysel Nəsirzadə

 


Bir gecədə bütün ailəsini itirən uşağın

Mərhəmətli ürəyində ümidi sağdır.

Taxtadan tüfəng düzəldib özünə

yazıb üstünə

“Qorxmayın, bu oyuncaqdır.”


Qəfil göy guruldadı, gecənin zülmət bağrında

yağış deyil, mərmi idi göydən yağan.

Can alırdı uşaqlardan…

qadınlardan…

qocalardan…

O zülmət gecənin səhəri

doğa bilmirdi yer üzünə Günəş

arından.


Bir divarın üstündə

rəngli boyalarla çəkilmişdi

“evə dön” yazısı -

amma nə ev qalmışdı,

nə evə dönəcək insan,

nə də o yazını yazan.

Ölüm boylanırdı o rəngli yazıdan.


Uzaqdan bir qadın baxır donuq baxışlarıyla,

Bir əlində qanlı köynək,

Bir əlində oyuncaq ayı.

Gözlərində yaş,

ürəyində nakam arzuları...

Ağı oxuyurdu dilinin altında

“güllə deyil,

susmaq öldürür insanları.”

Hiç yorum yok