ADS

Əlfəcin

"Sonrası nə ola-ola" - Əlisəmid Kür

 


Çölün dumanında azıb qalasan,

Bir qoyun sürüsü otlayan yerdə.

Əlini dizinə çırpıb qalasan

Ürəyin buz kimi çatlayan yerdə.

Sonrası... sonrası nə ola-ola.


Ocağın da sönə, düşəsən dərdə,

Yanasan, öz tüstün başından çıxa.

Bıçağın sümüyə dirənən yerdə

Cibindən pas atmış bıçağın çıxa.

Sonrası... sonrası nə ola-ola.


Əynində quruya nimdaş köynəyin,

Tənhalıq içində canın sıxıla.

Görəsən sinəndə bir daş göynəyir,

Qəfildən bir quzu sənə qısıla...

Sonrası... sonrası nə ola-ola.


Quru çörəyini böləsən yarı...

İllah da bir yandan duman, çən ola.

Qurbanlıq quzusan, quzu qardaşım!

Bıçağımdan qorxma...

Sonrası... sonrası nə ola-ola.

Hiç yorum yok