ADS

Əlfəcin

"Heç olmasa bir dəfə" - Raqif Raufoğlu

 


Hamının heç olmazsa bir dəfə

gözlədiyi bir adam olur

Lazım olmayan zamanda gələn


Hamı heç olmazsa bir dəfə

suallarına cavab axtarır

Tanımadığı adamın gözlərində


Hamının heç olmazsa bir dəfə

Tanımadığı adama işi düşür

Tanıdığı adamlardan danışmağa


Hamı hec olmazsa bir dəfə

görüşə çağırır kimisə

görüm gələcəkmi deyə


Hamının heç olmazsa bir dəfə

balaca bir gündəliyi olur

Unutmağa saxladığı


Hamı heç olmazsa bir dəfə

Tavana ağcaqanad izi qoyur

Maraqsız gecələrdə baxmağa


Hamının heç olmazsa bir dəfə

yaşamaq şansı olur.

arzulamadığı həyatını yaşamaq


Hamı heç olmazsa bir dəfə

doğulur ki, tək qalmasın

Ömründə bir dəfə doğulanlar


Hamının heç olmazsa bir dəfə

İtirdiyi bir gənclik olur

"İnşallah"la itirdiyi


Hamının heç olmazsa bir dəfə

gözlərini yumub dediyi bir söz olur:

"Heç olmazsa bir dəfə!"

Hiç yorum yok