ADS

Əlfəcin

Aysel Nəsirzadənin imza saatı keçirildi

 

Mayın 23-də VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində şair, “Zərif Kölgələr” Ədəbiyyat Klubunun rəhbəri Aysel Nəsirzadənin “Gerisi nağıl” adlı kitabının imza saatı təşkil olunub.

Seir.az xəbər verir ki, Elmlər Akademiyasının parkında açıq hava şəraitində keçirilən tədbirə çoxsaylı oxucular, yazarlar və ədəbiyyatsevərlər qatılıblar. Oxucular müəlliflə yaxından ünsiyyət quraraq kitablarını imzaladıb, xatirə şəkilləri çəkdiriblər.

Tədbirdə Aysel Nəsirzadənin yaradıcılığı barədə fikirlər səsləndirilib, müəllifin müasir Azərbaycan ədəbiyyatındakı özünəməxsus dəstxəti xüsusi vurğulanıb. 

Bildirilib ki, “Gerisi nağıl” yazarın sayca beşinci kitabıdır. Müəllifin əvvəlki nəşrlərindən dördü Azərbaycanda, biri isə Türkiyədə işıq üzü görüb.

İmza saatında şairin yaxın dostları, qələm adamları da iştirak edərək onu bu əlamətdar gündə tək qoymayıblar.

Hiç yorum yok