İbrahim Mustafazadə | "Görmədin"
Gözlərin üstündə
düzülən kirpiktək
Gözünün önündə
dayandım,
Görmədin...
Gecədən başlayan
aramsız küləktək
hər səhər qapında
oyandım,
Görmədin...
Həyat bir tablodur,
Biz isə rəngləri,
Sevginin rənginə
boyandım,
Görmədin...
O dəniz dalğalı,
o sünbül hörüklü zülfüntək
boynuna dolandım,
Görmədin...
Üşüsən, eşqindən
ocaqda yanaraq
oduntək üst-üstə
qalandım,
Görmədin...
Mən sənin qəlbinin
oğrusu olmuşdum,
Mənim də ürəyim
talandı,
Görmədin...
Hiç yorum yok