ADS

Əlfəcin

"Bu qayalar neçə-neçə dil bilir" - Nicat Hunalp

 

Bu qayalar neçə-neçə dil bilir,

Ağacların, çiçəklərin dilini.

Qayalar da bitən mamır, gül bilir,

Tənhaların və təklərin dilini.


Mən qayıtdım həsrətimə qoşulub,

Otuz ildə tüm arzular puç olub,

Elə bil ki, təbiət də ac olub,

İndi tapıb bu yerlırin dilini.


Özü bilir bu qayalar, bu dağlar,

Tanır məni o suyu buz bulaqlar.

Asan yola gəlir əllər, ayaqlar,

Çətin tapaq ürəklərin dilini.


/Ağdam, Abdal k.

Hiç yorum yok