ADS

Əlfəcin

"Sən uzaqdan gəlmisən, ömrümün o tayından..." - Elnaz Eyvaz

 


Sən uzaqdan gəlmisən,

ömrümün o tayından,

yadına gələr gülüşlərim.

Mən sevmək,

sən getmək hayındaydın -

yol ayrıcında ölən qızam:

əllərimdən üşümə,

bütün ölülər kimi bumbuzam...

Yadına gələr,  

gözlərimdəki işıq

yoluna düşərdi.

Onda bir özüm idim - sən qarışıq,

sən getdin,

əzab gəldi,

oyun oynadıq xeyli,

hələ də heç-heçəyəm...

İndi para-parayam,

sayımı itirmişəm.

sən say gör, mən neçəyəm?

Yollar çəkilib ömrümüzün ayaqları altına,

düppədüz -

şütüyüb gedirik.

Özüm ayırd edə bilmirəm,

sənə baxıram ki, görüm

qocalmışam?!

Sən lap uzaqdan gəlirsən,

bax gör ölmüşəm,

qalmışam?!

Bəlkə, yadına gəldim,

bax, mənə bir xəbər de...

hər nə olsa, xəbərdi,

bəlkə, ovuna bildim.

Hiç yorum yok