Şəhriyar del Gerani | "Qızım kimi sevdiyim"
Hardan baxsam - uzaqdasan,
hardan görsәm - başqası,
heç bilmirәm belә doğma necә başqalaşırsan?
Daha bir dә heç gәlmәrәm, heç gәlmәrәm yanına,
heç gәlmәrәm yaxınına, qızım kimi sevdiyim.
Acıyaram, qarğıyaram, deyinәrәm elәcә,
bilirәm ki, övladını ata qarğışı tutmaz.
Daha bir dә heç gәlmәrәm bundan sonra yanına,
daha bizi bu sahildə qağayılar tanımaz.
Tanrıya da sözüm yoxdu bundan sonra, bilәsәn,
bundan sonra bir ömürlük susub yaşamaq qalır.
Amma hәr gün,
elә hәr gün,
elә hәr gün, hәr gecә
hey soruşmaq istәyәcәm
ki, bir görüm necәsәn?
Şәkillәrdә elә gözәl baxıb gülümsәyirsәn…
Şәkillәrdә elә gözәl baxıb gülümsәyirsәn,
bircә şәkil sәadәtә baxıb inanmaq qalır.
Şәkillәrlә danışacaq sözüm yoxdu, bilirsәn,
bundan sonra bir ömürlük sәnә aldanmaq qalır.
Kim aldatdı bizi, qızım?
Hansı gedәn gәlmәdi?
Deyirәm ki,
danış görüm, kim böyütdü sәnin boyda uşağı?
Deyirәm ki,
necә keçir darıxmağın, qızım kimi sevdiyim?
Dәnizlәrçün tanışdırmı gәmilәrin uzağı?
Hiç yorum yok