"Bircə yalanına ölə bilərəm" - Banu Muharrem
Hər dildə danışa bilmərəm,
ancaq
hər dildə gözünə gülə bilərəm.
Dəli olanların doğruları var,
Bircə yalanına ölə bilərəm.
Bilirsən? Hər gözə gülmək də olmur
Hər doğru sözə də inanmıram heç.
İndi dost dostunun üzünə durur,
Sənə dost deyiləm, günahımdan keç.
Yığışdır, toparla, dadına bax, gör
Bitən xatirələr necə bal dadır?!
Sənin ayağını yoran yolların
izi ürəyimin közü boydadır.
Qar yağır üstümə, üsyanım küldən,
İçimdən yollara səpələnmişəm.
Qayıt uzaqlardan, qayıda bilsən,
Külümdən tökülüb, təpələnmişəm.
Qəlbimdə düyündür bunca iztirab...
Mənim öz cismimdə özüm qədərsən.
Yenə də dönməsən, Günəş doğmasa,
“heyif...” -deyəcəyəm- “heyif… Hədərsən...”
Hiç yorum yok