Elşən Mehdi – "O qıza nə olsa, payızdan olur..."
Gözlərin qapıya dəysə, qayıtsa,
Əllərin kitabın içində yatsa,
Dostun evinizin yolun unutsa,
Payızdı, deməli, payızdan olur.
Od vursa zibilçi quru xəzələ,
Görsən ayrılanlar gəzir əl-ələ,
Qəfil inansan ki, sevirsən hələ -
Payızdı, deməli, payızdan olur...
Qonşu çörək qırıb dama tökürsə,
Yemək soyuq gəlir, çay gecikirsə,
Siqaret kofedən uzun çəkirsə,
Payızdı, deməli, payızdan olur...
Sən də yazıq dostum, dərdin qurtarmır,
Heç nə bu həsrəti yuyub aparmır.
Yağışdan adamın gözü qızarmır,
Sənə nə olursa, o qızdan olur,
O qıza nə olsa, payızdan olur...
Hiç yorum yok