"Hazardan Akdenize" antologiyasının Kapadokiyada təqdimatı
Kapadokiya Ədəbiyyat Festivalı çərçivəsində Nevşehir Hacı Bektaş Vəli Universitetində, Camlı Köşk Diyanət Gənc Ofis Bürosunda Azərbaycandan və Türkiyədən qadın yazarların şeirləri və hekayələrindən ibarət yeni çapdan çıxmış “Xəzərdən Ağ dənizə (Aralıq dənizi)” antologiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə Nevşehir Hacı Bektaş Vəli Universitetinin rektoru Prof. Dr. Semih Aktekin, “HECE” dərgisinin qurucusu Ömer Faruk Ergezen, antologiyanın redaktorları Ayşe Ay və Aysel Nəsirzadə, “Güftə ədəbiyyat” dergisindən Esra Kösəm, eləcə də Türkiyə və Azərbaycandan olan şair və yazıçılar – Berrin Yüksəl, Lamiyə Şirvanzadə, Aytəkin Yılmaz, Osman Aytəkin, Naimə Erkovan, Mehmet Kahraman, Huriye Emre, Yavuz Selim Uğurlu, Feyza Kartopu, Veli Ay iştirak ediblər.
Eyni zamanda tədbirdə Fən-Ədəbiyyat fakültəsinin dekan köməkçisi Dos. Dr. Murat Gür, Çin dili ve ədəbiyyatı anabilim dalı başqanı Dos. Dr. Sema Gökenç Gülez, Türk dili ve ədəbiyyatı bölümü doktorant və magistrantları, “Məhəllə məktəbi” dərgisinin baş redaktoru Ülvi Kubilay Dündar və Diyanət gənc ofis təmsilçisi Duran Küçük də iştirak ediblər.
Təqdimat redaktorların çıxışı ilə başlayıb. Tədbir universitet rektorunun Azərbaycanla bağlı səmimi fikirləri və iki ölkə arasında ədəbi-mədəni bağların gücləndirilməsinin vacibliyindən bəhs edən çıxışı ilə davam edib. Tədbirdə qeyd olunub ki, bu cür ortaq layihələr yalnız ədəbi mühitin deyil, Azərbaycan–Türkiyə dostluğunun da möhkəmlənməsinə xidmət edir.
Ömer Faruk Ergezen çıxışında qadın yazarların son illərdə ədəbiyyatda artan fəallığını və məhsuldar fəaliyyətini sevindirici hal kimi dəyərləndirib.
Tədbirdə xüsusi olaraq vurğulanıb ki, “Xəzərdən Ağ dənizə” antologiyası təkcə bir kitab deyil, iki qardaş xalqın ədəbiyyat körpüsüdür. Layihənin davamlı olması həm Azərbaycanda, həm də Türkiyədə təqdimat və müzakirələrin keçirilməsi planlaşdırılır. Antologiyanın əsas məqsədi isə iki ölkənin yazarlarını ortaq bir platformada birləşdirməklə onların yaradıcılığını qarşılıqlı tanıtmaq və ədəbi birlik ruhunu gücləndirməkdir.
Hiç yorum yok