ADS

Əlfəcin

Xəyalə Sevil | "Buz kəsilib səndən sonra xatirən"

 


Buz kəsilib səndən sonra xatirən, 

Nə bir gülür, nə ağlayır, biləsən. 

Ürəyimin ümidinə qalmışam,

O da səni sayaqlayır, biləsən.


Biləsən ki, nə getməyə yerim var,

Nə qalmağa rahatlığım var mənim.

Üstümə gün kimi düşür, biləsən,

Qaraldır qanımı axşamlar mənim.


"Gəl-gəl"-deyə yellənirdi əllərim, - 

Əlim əsə-əsə xatırlayıram. 

Baxma, yaddaşımın nadincliyinə, 

Səni birnəfəsə xatırlayıram.


Buz kəsilib səndən sonra xatirən,

Yerimdəcə qurumuşam don kimi. 

Bilirəm e, bu axırdı, bu sondu,

Sən yenə də oxuyarsan "Dön" kimi.


Xəyalə Sevil – Seçmə şeirlər

Hiç yorum yok