Fəridənin yeni şeiri
Bir-bir qoparıb qabıq bağlamış yaraların üstünü,
gecənin həvəngində döydüm.
İçinə göz yaşlarımı süzüb
məlhəm kimi çəkdim
xəyanət etdiyin yerlərə.
Yenidən incidə biləsən deyə təzələndim.
Sənə ən gözəl şeirləri mən yazacam.
Darıxma.
Ən gözəl şeirlərimi yazacam sənə.
İkimiz də bilirik nə qədər susmaq lazımdı bir misra doğulmazdan öncə.
Hər gecə bir ümiddi sənsiz - asılıb ölməyə, asılıb yaşamağa.
Yuxusuz gecələrin fəlsəfəsini dərk etdim sayəndə.
Sənin öz tonunda, öz dilində...
"Brin gölləri"dimi qəlbin? Bir zərrə sızmazmı eşqim?!
Bir uşağın qanadlarını qırıb, sonra "uç" dediyi kəpənəkmiş eşq...
Misraların arasındakı izlərdə tapıb
Duyğuyla söz arasındakı məsafədə itirmək...
Heyrət!
Sən - həm varmaq istədiyim ünvan,
Həm qərarsız qaldığım yolayrıcı...
10 oktyabr, 2025
Hiç yorum yok